Asiya İnkişaf Bankı Azərbaycan manatında istiqraz buraxmaq planının müzakirəsinə başlayıb
Asiya İnkişaf Bankı (ADB) ilk dəfə Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib.
Bunu ADB-nin maliyyə və risqləri idarə etmək vise-prezidenti İnqrid van Vees bildirib.
O deyib ki, hökumət üzvləri ilə, Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası, potensial sərmayəçilərlə yaxından əməkdaşlıq edirik.
Bankın vise-prezidenti inkişafda olan ölkələrdə yerli valyutada istiqrazlar bazarının inkişafını iqtisadi artım üçün dönüş nöqtəsi kimi dəyərləndirərək bununla borcalanların valyuta risqlərindən qoruna bildiyini dilə gətirib: “İndi İndoneziya rupiyahları, Qazaxıstan təngələri, Filipinlər pesosu kimi yerli valyutalarda istiqrazlar buraxmış Asiya İnkişaf Bankı vaxtı gələndə Azərbaycan manatı nominasiyalı da istiqraz buraxacağına ümidvardır”.
Qeyd edək ki, ADB post-sovet məkanında ilk istiqrazlarını bu ilin yanvar ayında Qazaxıstan təngəsində 80 milyon dollar məbləğində, Asiya – Sakit okean regionunda isə ilk istiqrazlarını Filipinlər pesosunda 225 milyon dollar məbləğində 2016-cı ildə buraxıb.