Sənaye

Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var.

"ENA" xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

“1970-ci illərdə guya kömürdən istifadənin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. O dövrdən indiyə qədər kömürdən istifadə dörd dəfə artıb. Bu gün dünyada ən çox istifadə edilən enerji vasitəsi kömürdür”, - deyən V.Ələsgərov bildirib ki, 2050-ci ildə dünyada istifadə edilən enerjinin 80 faizi kömür, neft və təbii qazdan alınacaq

“Yeni texnologiyalardan istifadə edilərək Azərbaycanda yataqlardan daha çox neft və qaz hasil ediləcək” deyən MM-in sədr müavini nəzərə çatdırıb ki, dünyada və Azərbaycanda yeni yataqlar kəşf ediləcək:

“Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var. Gələcəkdə, təbii ki, belə yataqlardan da istifadə edilməsi texnologiyası tapılacaq.

ABŞ 20 il əvvəl deyəndə ki, şist qazından istifadə edəcək, hamı gülürdü. Bu gün ABŞ bu sahədə lider mövqedədir, böyük həcmdə enerji resursları istehsal edir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)