Aqrar

Azərbaycan Rusiyaya şərab ixracı azalıb

Azərbaycan 2019-cu ilin birinci rübündə 1 milyon 476,4 min dollar dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

"Yanvar-mart aylarında Azərbaycan 1 milyon 476 min dollar dəyərində 101,87 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 14% azalıb, dəyər ifadəsində 0,05% artıb", - hökumətdən bildirilir.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 3 ay ərzində bu ölkəyə 1 milyon 270,53 min dollar dəyərində (artım 10,7%) 96,67 min dekalitr (azalma 15,9%) şərab ixrac edilib 2018-ci ildə Azərbaycan 7 milyon 562 min dəyərində şərab və üzüm suslosu ixrac edib.

Ötən il Azərbaycanda 1,5 milyon dekalitr şərab məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsal 48,9% artıb.

Şərab məhsullarının ixrac həcminin 2026-cı ilədək 1 milyon 875 min dekalitrədək artırılması qarşıda duran əsas vəzifələrdən biridir.

2017-ci ildə Azərbaycan üçün əsas ixrac bazarı Rusiya olub. Bu ölkəyə 338 min dekalitr şərab ixrac edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)