Aqrar

Azərbaycanın pomidor ixracatçısı nizamnamə kapitalını 18 milyon manatdan çox azaltdı

Azərbaycanın aparıcı pomidor ixracatçısı “Agroterm” MMC nizamnamə kapitalını 18,1 milyon manat və ya 9,7 dəfə azaldıb.

ENA.az xəbər verir ki, şirkət kapitalının 20 milyon 262 min 455 manatdan 2 milyon 100 min manata endirib.

Xatırladaq ki, “Agroterm” MMC ötən il də nizamnamə kapitalını 2 milyon 100 min manat azaldaraq 20 milyon 262 min 455 manat səviyyəsinə endirmişdi.

Qeyd edək ki, “Agroterm” MMC 2017-ci il aprelin 14-də dövlət qeydiyyatına alınıb və Azərbaycanın ən iri pomidor istehsalçısı və ixracatçılarından biri hesab olunur. Şirkətin hazırkı qanuni təmsilçisi İsmayılov Teymurdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)