Böyüklüyü 1 milyard manatı keçmiş - 5 BANK
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 461 milyon 264 min manat), "PAŞA Bank" (4 milyard 647 milyon 941 min manat), "Kapital Bank" (3 milyard 584 milyon 384 min manat), "Xalq Bank" (2 milyard 214 milyon 354 min manat) və "Bank Respublika"dır (1 milyard 86 milyon 39 min manat).
Qalan 25 bankdan 8-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 16 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,589 milyon manatdır.
Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir.