Pakistan faiz artırdı

Pakistan Mərkəzi Bankı pul siyasəti faizini artırıb.
"ENA" xəbər verir ki, mərkəzi bank faizi 10,75 faizdən 12,25 faizə qaldırıb.
İqtisadçılar da faizin artırılacağını gözləyirdilər.
Pakistan Mərkəzi Bankı ardıcıl 7-ci dəfədir faiz artırır.
Pakistanda illik inflyasiya 9 faizə yaxınlaşıb. Mərkəzi bank inflyasiyanı cilovlamağa çalışır.