A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

İpoteka sığortası

Sözün izahı 

 

İpoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta.

 

Misal:

Bankın müştərisi 70.000 manat məbləğində ipoteka krediti almış və 80.000 manat dəyərləndirilmiş mənzilini həmin kredit üçün girov qoymuşdur. O həmçinin kreditin tam məbləğinə bərabər sığorta məbləğində ipoteka sığortası müqaviləsi bağlamışdır. Müştəri bir müddət krediti tələb olunan qaydada ödəmişdir. Banka borcu 65.000 manat qaldığı halda krediti qaytarmaq imkanını itirmişdir. Bundan sonra bank məhkəməyə müraciət etmiş və mənzil hərracda 68.000 manata satılmışdır. Mənzilin satılması vaxtı müştərinin banka borcu əsas borc üzrə 65.000, faiz borcu üzrə isə 5.000 manat olmaqla cəmi 70.000 manat təşkil etmişdir. Bu halda sığortaçı banka 2.000 manat (70.000–68.000=2000 manat) ödəməlidir. İpoteka müqaviləsi üzrə bankın zərərinin tam ödənilməsi üçün ipoteka predmetinin dəyərinin çatışmayam hissəsinin bu cür sığortalanması ipoteka sığortası adlanır.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 14.3.4.2:

(İpoteka sığortası) – ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan (sığorta).

 

Beynəlxalq təcrübədən nümunə

www.teachmefinance.com internet saytı:

İpoteka sığortası (eng.- mortgage insurance) borclunun ipoteka krediti üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında kreditorun müdafiəsinə yönəlmiş sığorta (sinfi).

"Barrons Educational Series” “Sığorta terminləri lüğəti”, beşinci nəşr, səh 323:

İpoteka sığortası ipoteka qoyanın (sığorta olunanın) öldüyü halda ipoteka qoyulmuş əmlakın dəyəri ilə ipoteka kreditinin fərqinin ödənilməsini nəzərdə tutan həyat sığortası sinfi.

Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 7, bənd 11:

İpoteka sığortası (рус.–ипотечное страхование) ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta növüdür.