Elm və Texnologiya

"Azercell ""010" kodunu istifadəyə verir

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti yeni operator kodunu (prefiksi) istifadəyə verəcəyi bildirilir. Bunu mobil rabitə sahəsindəki etibarlı mənbə deyib.

 

Mənbənin sözlərinə görə, operatorun yeni prefiksi "010" olacaq. Beləliklə, bundan sonra şirkət üç operator koduna ("050", "051" və "010") malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti də yeni prefiksi istifadəyə verəcəyini planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)