Sosial iqtisadiyyat

Təkərlərdə gedən milyonlar: Rəqəmlər nəyi göstərir? 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, keçən il Azərbaycana idxal olunan avtomobillərin sayı 28 min 876 olub.  Dövlət Gömrük Komitəsinin 2018-ci ilə aid bu statistikasını da nəzərə alsaq 2019-cu  ilin əvvəlinə Azərbaycanda nəqliyyat vasitələrinin sayı (istismardan çıxan avtomobilləri sayını  təqribən 1200 qəbul etsək) 1 370 000-ə yaxınlaşır. Bir avtomobil üçün 4 təkər (1370000*4=548000) və hər təkərin orta ömrünü 3 il götürsək, illik təkərə olan tələbatımız təxminən 1 826 000 ədəddir.  Avtomobil sahiblərinin 20%-nin işlənmiş təkərlərə müraciət etdiyini nəzər alsaq yeni təkərlərə olan tələbat 1 461 000 ətrafında dəyişir. 

ENA.az xəbər verir ki, yeni təkər bazarında 1 təkərin qiyməti 60  (R14) manatdan 220 (R19) manata qədər dəyişir. Ən çox  işlənilən və orta sinifə aid R16 – düyümlü təkərin qiyməti isə 120 manatdır. Təxmini hesablamanı bu sinif təkər üzərində aparsaq və xaricdə maya dəyərini 40 dollardan hesablasaq təkər idxalı üçün illik ölkədən təxminən 58.5 milyon dollara yaxin  valyuta xarıcə axır. Qeyd edək ki, rəqəmlər istehlakçıların maksimum qənaət rejiminə əsaslandırılıb.

 

Eləcədə bax: “Mercedes” hələ də “Vaz”-a çata bilmir: 17 ilin fərqi rəqəmlərdə

Vaxtilə Azərbaycanda təkər zavodunun fəaliyyət göstərdiyini xatırlatsaq, sahibkarlar üçün bu əvəzolunmaz şansdır. Bu həm yerli istehsal və iş yerləri, həmdə valyuta axınının azda olsa qarşısını almış olar.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında bu məqsədlə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Çinin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının ərazisində avtomobil sənayesi üçün rezin və təkər istehsalı müəssisəsinin yaradılması layihəsi hazırlanmışdı. Ancaq ləyihənin icrasnın hələ də hansı mərhələdə olduğu bilinmir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

Nizami Quliyev