200 manatdan aşağı pensiya alanlara şad xəbər - BU TARİXDƏN PENSİYA ARTIR
1 oktyabr 2019-cu il tarixində Azərbaycanda minimum pensiya 200 manata qaldırılacaq.
"ENA" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
- Eləcə də bax: Orta aylıq əməkhaqqı 605 manata yüksələcək
"Cənab Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Həmin dəyişikliklərə görə, ölkədə minimum pensiyanın məbləği 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaqdır. Bu da təxminən 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcəkdir.
Minimum pensiya nə deməkdir? Bu o deməkdir ki, 1 oktyabr 2019-cu il tarixindən Azərbaycanda 200 manatdan aşağı pensiya alan olmayacaqdır. Yəni, 200 manatdan aşağı pensiya alan təqaüdçülərin pensiyaları artırılaraq 200 manata çatdırılacaqdır".
- Eləcə də bax: Azərbaycanda 950 min nəfərin əməkhaqları artacaq
200 manatdan yuxarı pensiya alanların pensiyalarında dəyişiklik olmayacaqdır.
Anar Əliyev əlavə edib ki, mimimum pensiyaların məbləği qanunla tənzimləndiyindən ölkə baçısı müvafiq qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. Artıq qanun layihəsi Milli Məclisə göndərilib. Bu artımın maliyyə həcmi illik 200 milyon manatdır.