Orta aylıq əməkhaqqı 605 manata yüksələcək
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması 160 min müəllimin əməkhaqqısına müsbət təsir edəcək.
"ENA" x'b'r verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Sərəncam 160 minə yaxın müəllimi əhatə edəcəkdir. Müəllimlərin orta aylıq əməkhaqqısı 605 manata yüksələcəkdir. Bu məqsədlə illik büdcədən 240 milyon manat xərclənəcəkdir",- o deyib..