Azərbaycanda 950 min nəfərin əməkhaqları artacaq
"Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması ilə 950 min nəfərin əməkhaqları artacaq".
"ENA" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Bunun 350 min nəfəri özəl, 600 min nəfəri dövlət sektounda çalışanlıardır. Dövlət sektorunda Vahid Tarif Cədvəli üzrə əməkhaqqı alanların da orta əməkhaqları təxminən 270 manatdan 350 manata qədər artacaqdır.
Minimum əməkhaqqının artması ilə orta əməkhaqları artacaqdır. Bu artımı təmin etmək üçün bir il ərzində dövlət büdcəsindən əlavə 780 milyon manat xərclənəcəkdir.
Bugünkü 17 sərəncamdan ibarət sosial paket 2 milyon nəfəri əhatə edir: Bütövlükdə bu paketin həcmi 1 milyard manatı aşır. İlin əvvəlindən təqdim edilən sosial paketlər 3 milyard manatı aşır".