"Finex Kredit"in səhmdarları toplaşır - İCLAS
14 iyun 2019-cu il tarixində “Finex Kredit” Bokt ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
"ENA" ASC-nin elanına istinadən xəbər verir ki, "Nizamnamədə dəyişikliklərlə bağlı müzakirə" və "Digər məsələlər" gündəlikdəki məsələlərdir.
İclas ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir.