"TCF" BOKT-un zərəri 2 dəfə azalıb
“TCF” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 55 min manat xalis zərərlə başa vurub.
"ENA.az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 49,55% və yaxud təxminən 2 dəfə azdır.
Ötən il “TCF" gəlirləri 329 min manat, o cümlədən faiz gəlirləri 320 min manat, qeyri-faiz gəlirləri 9 min manat, xərcləri isə 496 min manat, o cümlədən faiz xərcləri 225 min manat, qeyri-faiz xərcləri 241 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “TCF"in aktivləri 848 min manat olub ki, bu da illik müqayisədə 84,3% azdır. Bunun 762 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 85,6% kiçilib.
Hesabat dövründə “TCF"in öhdəlikləri 84,7% azalaraq 791 milyon manata, balans kapitalı isə 74,55% azalaraq 57 min manata düşüb.