"Hafka"nın bağlanmış bankından - YARIM MİLYONLUQ İDDİA
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC kredit borcu ilə bağlı yarım milyon manatlıq iddia qaldırıb.
"ENA" xəbər verir ki, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehlər “Az Tovtrans Tikinti” MMC-dən və Bayramov Rövşən Cəbrayıl oğlundan 2011-ci ildə bağlanan kredit müqaviləsi üzrə 459 min 921 manat tutularaq onlara ödənilməsini istəyib.
Cavabdeh Rövşən Bayramov Tovuz rayon sakini olduğu üçün hakim işin Tovuz Tovuz Rayon Məhkəməsinə göndərilməsi haqda qərar qəbul edib. İşə həmin məhkəmədə baxılacaq.
Qeyd edək ki, “Bank of Azerbaijan” keçmiş nəqliyyat naziri Ziya Məmmədovla ortağı “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun olub. Daha sonra sabiq nazirin “ZQAN Holdinq”inin vəzifəli şəxsləri bu bankdakı səhmlərini satdıqlarını açıqlayıblar.