Bank

Problemli kreditlər ilin əvvəlindən 37 % artıb

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)