ENA+

Yaşıllıq ərazisini hasara alan iş adamına - XƏBƏRDARLIQ

Ağacların qorunub saxlanılması məqsədilə MMC rəhbərinə məcburi göstəriş verilib.

"ENA.az" xəbər verir ki, Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazisinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub.

Ağaclar qeydiyyata alınaraq, akt tərtib edilib və onların qorunub saxlanılması məqsədi ilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)