Avtomobil

Bakıda Yeni “Lexus UX”un təqdimatı olub - QİYMƏTİ

Bakıda tam yeni "Lexus UX" modelinin rəsmi təqdimatı olub.

Avtomobil sektorunun nümayəndələri, iş adamları, jurnalistlər, tanınmış elm və incəsənət adamları premium brendin ən yeni modeli ilə tanış olublar.

"ISR Auto"ya aid olan “Lexus Baku” rəsmi diler olaraq yeni UX (Urban eXplorer) modelinin satışını elan edib.

Yeni “Lexus UX” 2,0 litrlik, 169 a.g və maksimal 205 Nm fırlanma anı hasil edən benzin mühərriklə təklif olunur. Avtomobilin start qiyməti 38 900 ABŞ dollarıdır.

"UX yeni Global Architecture - Compact" (GA-C) platformasının istifadəsi ilə yaradılmış ilk “Lexus”dur.

"Lexus UX" onun dizayn xüsusiyyətlərini vurğulayan 13 rəng çalarında təklif olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)