MALİYYƏ

Xarici dövlətlərə verilən kreditlərdən büdcəyə daxilolmalar artacaq

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu il dövlət büdcəsinə 69 mln. 148 min manat daxil olacağı proqnozlaşdırılır.

Bu barədə dövlət büdcə zərfinə bildirilib.

2018-ci ilin dövlət büdcəsində bu istiqamətdə daxilolmların 68 mln. 529min manat olması gözlənilir. Bu istiqamətdə daxilolmaların 2020-ci ildə67 mln. 594 min manat, 2021-ci ildə 65 mln. 348 min manat və 2022-ci ildə 62 mln. 631 min manat olacağı ehtimal olunur. 

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917 mln. 500 min manat, xərcləri 24  mlrd. 780 mln. 100 min manat, büdcə kəsiri mlrd. 862 mln. 600 min manat proqnozlaşdırılır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)