"Dələduzların işinə Baş Prokurorluq hüquqi qiymət verəcək"
"Bu günlərdə bəzi dələduzların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin adından qida obyektlərində bir sıra qanundan kənar tələblər irəli sürməsi faktları aşkar olunub. Hazırda Baş Prokurorluq bununla məşğuldur və məsləyə lazımı hüquqi qiymət veriləcək".
"BI" xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, agentliyin nəzarət sistemi digərlərində fərlənir:
"Əhaliyə və sahibkarlıq subyektlərə bildirmək istəyirəm ki, bu məsələdə ictimai nəzarət çox vacibdir. Bizim qurumda hər hansı əraziyə görə nəzarət, kütləvi nəzarət sistemi, qida obyektlərinin yoxlanılması prinsipi tamamilə fərqli formadadır. Bizdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, xüsusi sənədlərdə öz təsdiqini tapan, eyni zamanda, konkret faktlar aşkar olduğu halda nəzarət və tənzimləmə sistemi həyata keçirilir".
"AQTA-nın fəaliyyəti mərhələli şəkildə qida təhlükəsizliyi sistemi üzrə qurulub. Sahibkarların fəaliyyətinə maneəçilik törətmək, kütləvi şəkildə yoxlamalar aparmaq beynəlxalq standartlara uyğun prinsiplər deyil. Biz həmin standartlara əsaslandığımız üçün bu proqramla işləyirik. Eyni zamanda, kompleks şəkildə işləməliyik ki, həmin dələduzlar vaxtında aşkarlansın", - deyə sədr əlavə edib.