TURİZM

Türkiyənin turizm gəliri 5%-ə yaxın artıb

Türkiyə Statistika Komitəsi, bu ilin yanva-mart dövrünə dair turizm statistikalarını açıqlayıb.

"Businessinsider.az" xəbər verir ki, Türkiyənin turizm gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 4 milyard 629 milyon 679 min dollar təşkil edib.

Turizm gəlirinin 80,3%-i xarici ziyarətçilərdən, 19,7%-i isə xaricdə yaşayan Türkiyə vətəndaşlarının ziyarətlərindən əldə edilib.

Ziyarətçilər adambaşına orta hesabla 697 dollar xərcləyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)