Azərbaycan neftinin qiyməti 67 dollara düşdü (08.08.2025)

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin dəyəri 1,76 ABŞ dolları, yaxud 2,54 % azalaraq 67,66 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.