Suvarma sisteminin yaxşılaşdırılmasına dair 10 müqavilə imzalanıb
Dövlət Meliorasiya və Su Təsərrüfati ASC ölkənin müxtəlif regionlarında suvarma sisteminin yaxşılaşdırılmasına dair layihələrin reallaşdırılması üçün 10 müqavilə imzalayıb.
Ümumilikdə 8 milyon 856 min manatlıq müqavilələr 7 şirkətə verilib ("Muğansutikinti" ASC, "Afgan Holding" MMC, "Fərhad" MMC, "Korpu-Bina-Tikinti" MMC, "Qarabag-ER" MMC, "Rəmzi" MMC və "Azərtranss" MMC).
Vəsaitlər Qazax rayonunun beş kəndində suvarma sisteminin bərpası (1 mln. 988 min manat), Balakən rayonunun dörd kəndində (944,2 min manat), Zərdab rayonun iki kəndində (1 mln. 342,5 min manat), Bərdə rayonunun Məmmədli kəndində (2 mln. 884,5 min manat) suvarma sisteminin yaxşılaşdırılması üçün ayrılıb.