Sosial iqtisadiyyat

Gürcüstanda yeni iqtisadiyyat naziri təyin edilib

Natiya Turnava Gürcüstanın yeni iqtisadiyyat və davamlı inkişaf naziri təyin edilib.

N.Turnava bu vəzifədə Qiorqi Kobuliyanı əvəz edib. 

Natiya Turnava bundan öncə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini kimi çalışıb.
Qeyd edək ki, bir neçə gün öncə Qiorqi Kobuliyanın istefa verəcəyi haqda məlumatlar yayılmış, amma nazir vəzifədən getmək niyyətində olmadığını bildirmişdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)