Sosial iqtisadiyyat

Azərbaycan meyvə-tərəvəz ixracını 31% artırıb

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 103,454 mln. ABŞ dolları dəyərində 98,823 min ton meyvə-tərəvəz ixrac edib.

"BI" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,736 mln. dollar (28,2%) və 23,266 min ton (30,8%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,3%-ni təşkil edib.

Komitə ayrı-ayrı mevvələr və onlardan hazırlanmış məhsulların ixrac həcmini də açıqlayıb. Belə ki, rüb ərzində Azərbaycan xarici ölkələrə 25,456 mln. dollar dəyərinə 21,372 min ton tomat ixrac edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,6%-ni təşkil edib.

Bundan başqa, 3 ay ərzində Azərbaycan 7,326 min ton meşə fındığı ixrac edib. Bu məhsul ölkəyə 38,963 mln. dollar gəlir gətirib və ümumi ixracda 0,9% paya malik olub. 

Yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi almanın isə dəyəri 12,208 mln. min dollar gəlir, həcmi isə 29,264 min ton olub. Bu da ümumi ixracın 0,3%-i deməkdir. 

Hesabat dövründə Azərbaycan həm də 19,113 mln. dollar dəyərinə 23,832 min ton xurma ixrac edib. Xurma ixracı ölkənin ümumi ixracının 0,4%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)