Bank

"Kapital Bank" səhmdarlarına dividend ödənilməsinə başlayır

“Kapital Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 18 Aprel 2019-cu il tarixindən etibarən Bankın 2018-ci il xalis mənfəətindən səhmdarlara dividend ödənilməsinə başlanılacaqdır.

Bankdan "BI"yə verilən məlumata görə, bir adi səhmə 6,04 manat dividend ödəniləcəkdir. İmtiyazlı səhmlər üzrə gəlirlilik isə 15% təşkil edir.

Səhmdarlar divided almaq üçün “Kapital Bank”ın Bakı şəhəri, Bülbül pr, 30 ünvanında yerləşən “Mərkəz” filialına müraciət edə bilərlər.

Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC 2018-ci ili 98 milyon 53 min manat xalis mənfəət ilə başa vurub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)