TURİZM

Tbilisidə "səmada nahar etmək" mümkün olacaq - QİYMƏTLƏR

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Səmada nahar” adlanan restoran (“Dinner in the Sky”) açılacaq.

Restoran mayın 15-dən etibarən paytaxt yaxınlığındakı Kocori qəsəbəsində fəaliyyət göstərəcək.

Restoran ziyarətçiləri 50 metr hündürlükdə xüsusi kranda asılmış stolda nahar edə biləcəklər. Artıq məkanda stol bron etmək mümkündür.

Restoranda eyni zamanda 22 qonağa xidmət göstəriləcək. Ekstremal məkanda bir nəfər üçün qiymət 199 - 345 lari (74-128 dollar) təşkil edir.

İstirahət məkanının ziyarətçilər üçün təhlükəsiz olduğu bildirilir. Qonaqlar restoranda bəzi tövsiyələrə riayət etməli olacaqlar. Məkanda ayaqyolundan istifadə mümkün olmayacaq, həmçinin siqaret çəkməyə qadağa tətbiq ediləcək.

Qeyd edək ki, ilk “Səmada nahar” restoranı 2006-cı ildə Belçikada açılıb. Hazırda bu cür restoranlar dünyanın 70 ölkəsində fəaliyyət göstərir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)