Bakıdan Rusiyanın daha bir şəhərinə aviareys açılıb
![](https://ena.az/uploads/news/2019-04/_businessinsider_6decae4445733997cad6399b6_o.jpg)
Rusiyanın "IrAero" şirkəti Bakıdan Çelyabinsk şəhərinə aviareys açıb.
Rusiya KİV-ləri xəbər verir ki, ilkin olaraq uçuşlar iyunun 20-dək təkcə çərşənbə axşamı, həmin tarixdən sonra isə cümə axşamı da həyata keçiriləcək.
Çelyabinsk-Bakı istiqamətində ilk uçuşda 29 sərnişin iştirak edib. Tələbat artarsa, gələcəkdə reyslərin sayı artırılacaq.