Sosial iqtisadiyyat

Bakıda küçələrin işıqlandırılması yenidən bahalaşıb

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi aprelin 8-də küçələrin, prospektlərin, parkların və xiyabanların, eləcə də şəhərin binalarının işıqlandırılması üçün mal və materialların satın alınması üçün iki müqavilə imzalayıb. Ötən ilə nisbətən paytaxtda küçə işıqlandırmasının dəstəklənməsi 8,7% artıb.

Dövlət satınalmaları reyestrinə əsasən, idxal olunan və yerli elektrik mallarının alınması üçün "Xəzər Elektrik" MMC və "Aktif Elektrik" MMC ilə BŞİ-nin müqavilələrinin ümumi dəyəri 3 milyon 262 min manat (1 milyon 918 min dollar) olub.

Ötən ilin aprel ayında bu məqsədlər üçün 2 milyon 999 min 994 manat (1 milyon 764,7 min dollar) ayrılmışdı.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Bakı şəhərinin küçə işıqlandırması dövlətə 1 milyon 134 min manata (667,1 min dollar) başa gəlmişdi.

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi Bakının İcra Hakimiyyəti yanında fəaliyyət göstərir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)