Bank

"NBCBank"ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

Mayın 15-də, saat 11:00-da "NBCBank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bankın Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2 054 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “NBC Bank”ın nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bankın səhmlərinin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)