Bu qanunlar dəyişəcək - SİYAHI
Azərbaycan Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
"BI" xəbər verir ki, bir paketlə daxil olan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarına dəyişiklik layihələri gündəlikdən çıxarılıb.
Bununla yanaşı, gündəliyə “Banklar haqqında” qanuna dəyişiklik layihəsi daxil edilib.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna əlavə edilməsi təklif olunan 32-1-ci (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyadan keçirilməsi üçün 20 manat dövlət rüsumu tutulur. Digər iki dəyişiklik layihəsi isə uyğunlaşdırma xarakterlidir.
Xatırladaq ki, parlamentin növbəti plenar iclasında ümumilikdə 19 məsələ müzakirə ediləcək.