Bank sədri: Bu il bir sıra banklar birləşə bilər
“Məncə yaxın müddətdə bankların kapitalizasiya problemi qısa müddətdə həll olunacaq. Maliyyə vəziyyəti daha yaxşı olacaq.”
"Businessinsider.az" xəbər verir ki, bunu “Bank of Baku” ASC-nin İdarə Heyəti sədri Eldar Həmidov un “ARB24”də müsahibə zamanı 2019-cu illə bağlı gözləntilərinə dauir suala cavab olaraq bildirib.
“Banklar kollektor deyil, sırf iqtisadi inkişafın dəstəyi kimi kreditləşmə funksiyasını bərba edəcək bu da iqtisadı inkişafa səbəb olacaq. 2019-cu ilin sonuna kimi rəqabətin artıdğını görəcəyik. Ola bilsin ki, bir sıra banklarda konsolidasiya olsun. Bu rəqabətdən də bizim müştərilər daha çox yararlanacaqlar”, – deyə E. Həmidov bildirir.