Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıb

Azərbaycanın bank sektoru bu ilin I yarısında 576,6 milyon manat xalis mənfəət əldə edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % azdır.
6 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 274,9 milyon manat (1 il əvvələ nisbətən 18,5% çox), əməliyyat xərcləri 2 milyard 360,3 milyon manat (27,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 204,4 milyon manat (19,3 % çox), gözlənilməz gəlirləri 0,5 milyon manat (79,2 % az), mənfəət vergisi ödəmələri isə 134,1 milyon manat (8,05 % çox) təşkil edib.