Bank sektorunun aktivləri 13 % artıb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 734,1 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 12,7 % çoxdur.
Bankların aktivlərinin 26 milyard 782,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 11,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,6 %-dən 47,2 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,9 % artaraq 49 milyard 788,2 milyon manata, o cümlədən depozit portfeli 6,2 % artaraq 37 milyard 353,3 milyon manata çatıb. Bunun 15 milyard 60,7 milyon manatı fiziki, 22 milyard 292,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,5 %, şirkətlərin banklardakı vəsaitləri isə 4,6 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 94,2 dəfə azalaraq 0,5 milyon manat olub.
Sektorun balans kapitalı isə 11,3 % artaraq 6 milyard 946 milyon manat təşkil edib.