"Diqlas"dakı sahibkarlara ödəniş nə vaxt ediləcək?
“Diqlas” Ticarət Mərkəzində yanğın zamanı zərərçəkmiş sahibkarlara ödənişin həyata keçirilməsi ilə bağlı qaydaların təsdiqi gözlənilir”.
"Businessinsider.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin birinci müavini Natiq Həsənov bildirib.
Onun sözlərinə görə, qaydaların təsdiqindən sonra sahibkarlara veriləcek vəsaitin dəqiq vaxtı müəyyənləşəcək.
“Kapital Bank”dan isə bildirilib ki, banka hazırda məsələ ilə bağlı rəsmi müraciət olunmayıb.
Xatırladaq ki, iş adamları ilə görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirmişdi ki, “Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara dövlət yardımının ödənilməsi üçün “Kapital Bank” ASC-də hesablar açılacaq.
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Bundan başqa, “Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 mln. manat güzəştli kredit istəyib. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.
1. Bakıxanov qəsəbəsi, “Aygün” Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə – 80 obyekt, 6000 m2Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)
2. Bakıxanov qəsəbəsi, “Meqasiti” Ticarət Mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 m2 Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)
3. Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza;
Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11)
4. Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55)
5. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.
Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89)
Qabil Nəhmədov (tel: 050 213 33 68)
6. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)
7. S.Vurgun küçəsində yerləşn “AF-Center” Ticarət Mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60)