Sosial iqtisadiyyat

"Biri deyir mənim “1 milyonluq”, biri deyir “500 minlik” malım var idi. Halal olun"

“Prezidentin tapşırığı ilə hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir”

"Businessinsider.az" xəbər verir ki, bunu "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarlar ilə növbəti görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib.

Hüseyn Mövsümov qeyd edib ki, zərərçəkənlərin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaqdır:

“Cənab Prezidentin tapşırığı nədən ibarətdir – “burada hər şey ədalətlə olmalıdır”. Bunun  üçün sizin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaq. Komissiya baxış keçirməli, hesablama aparılmalıdır. Dəymiş ziyan hər bir şəxs tərəfindən müəyyənləşdirilməlidir. Amma burada sui-istifadə hallarına yol vermək olmaz. Siz hamınız əhmətkeş insanlarsınız. Kimin nə qədər malı yandığını obyektiv şəkildə bildirsin. Dünən mən də Facebook-da baxdım, biri deyir mənim “1 milyonluq”, biri deyir “500 minlik” malım var idi. Gərək hamı halal olsun, halallıqla olsun, dədə-baba qaydaları ilə olsun. Aldatmaq cəhdi yolverilməzdir. Səbrli olun. Dövlət sizin yanınızdadır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)