Sosial iqtisadiyyat

Gələn aydan müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "BI"yə verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.

 

Eləcə də bax: Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - NAZİRLİKDƏN REAKSİYA

 

Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir.

Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department