Oman "OPEK+"den çıxdı
Oman OPEK+ komitəsindən çıxmaqla bağlı qərar qəbul edib.
Bu haqda Gazeta.ru Səudiyyə Ərəbistani energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Fəlihə istinadən məlumat yayıb.
“Dekabr ayında Oman daha bir qeyri-OPEK ölkəsini üzvlüyə qəbul etməyi təklif etmişdi. Söhbət Qazaxıstandan gedir. Qazaxıstan bu təklifi qəbul etdi. Biz Qazaxıstanı salamlayıb, Omanı yola saldıq”, - deyə nazir bildirib.
Əl-Fəlih digər komitə üzvlərinin yerində qaldığını bildirib.