Bank

Əmir Məmmədov “PAŞA Holdinq”ə - TƏYİNAT ALDI

Əmir Məmmədov “PAŞA Holdinq”də Qrup İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə Menecer vəzifəsinə təyin olunub. Buna qədər Ə.Məmmədov PAŞA Bankın İctimaiyyətlə Əlaqələr departamentində və Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsində müxtəlif aparıcı və rəhbər vəzifələrdə fəaliyyət göstərib.

2011-ci ildə PAŞA Bank komandasına Mətbuat katibi kimi qoşulan Əmir Məmmədov “Həftə” sosial-iqtisadi analitik qəzetində tədqiqatçı-jurnalist kimi işə başlayıb və 2009–2011-ci illərdə Minimax Media Publishing Consultancy Group-da kopirayter, konsultant, araşdırma və hesabatlılıq üzrə mütəxəssis kimi çalışıb.

O, strateji korporativ kommunikasiyalar, media menecmenti, dayanıqlı inkişaf və ESG istiqamətlərində fəaliyyət göstərib. Onun təcrübəsi biznes və sosial layihələrin strateji mövqeləndirilməsi və kommunikasiyası, böhran kommunikasiyalarının idarə edilməsi, korporativ reputasiyanın formalaşdırılması və müxtəlif ESG layihələri əhatə edir.

Əmir Məmmədov Böyük Britaniyanın "London School of Public Relations" akademiyasının ilk azərbaycanlı məzunudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)