Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 % azaldıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 807 milyon 428.96 min dollar dəyərində 41 min 105 ədəd avtomobil idxal edib.
ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 35,17%, dəyər ifadəsində isə 31,05% azdır.
Ölkəyə gətirilən avtomobillərin 36 min 169 ədədi minik avtomobilləri olub ( 660 milyon 017.94 min dollar). Bundan 596 ədədi (15 milyon 475.08 min dollar) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir ki, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 49,49% azdır.
2026-cı ilin birinci rübündə 16 milyon 339.89 min ABŞ dolları dəyərində 4 116 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal edilib. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 392 ədəd (46 milyon 979.46 min dollar) olub

















