Rəsmi

Müsabiqələrin münsiflər heyətinə saathesabı ödənişlərin məbləği artırılıb - QƏRAR

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ni yeni redaksiyada təsdiq edib.

"BI" xəbər verir ki, qərara əsasən müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manatdan 8,79 manata, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manatdan 6,37 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manatdan 4,29 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department