13 mindən artıq investor PAŞA Bank səhmləri üçün müraciət edib
PAŞA Bankın səhmlərinə 13 mindən çox investor sifariş yerləşdirib.
Bankın İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, abunə yazılışının müddəti 4 həftə uzadılıb.
Qeyd edək ki, bank tərəfindən 932 min 926 səhm emissiya edilib. Bir səhmin satış qiyməti isə 55 manat təşkil edir.

















