Qızıl 28 dollara yaxın ucuzlaşıb (19.05.2026)
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti 4538 dollara düşüb.
ENA.az xəbər verir ki, qızıl əvvəlki ticarət əməliyyatları ilə müqayisədə 28 dollar ucuzlaşıb.
Nəzərə alsaq ki, yanvarda qızıl 5600 dollardan realizə edilirdi, ötən müddətdə qiymətli metal 1000 dollara yaxın dəyər itirib. Proses yerli bazarda qızılın qramının alış qiymətinin 170 manatdan 130 manata düşməsinə səbəb olub.
Gümüşdə də itkilər davam edib. COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri ucuzlaşaraq 76,187 ABŞ dolları təşkil edib.


















