“Ölkədə turizm sahəsində olan çatışmazlıqları yaxşı bilirik”
"Ölkə üzrə turizmin inkişafını bir qurumun üstündə bağlamaq olmaz. Agentliyin üzərində böyük bir məsuliyyət var, ancaq tək əllə səs çıxmaz".
Bİ.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Bakıda keçirilən Milli Turizm Sammitində deyib. Tədbiri giriş sözü ilə açan sədr, bu gün yeni turizm brendinin təqdimatının olacağını bildirib:
"Bu, bizim qurum olaraq keçirdiyimiz ilk genişmiqyaslı tədbirdir. Artıq 7 aydır agentlik fəaliyyət göstərir ki, bu da yeni yaradılmış bir qurum üçün 7 ay elə də böyük rəqəm deyil. Turizmin inkişafı ölkəmizdə əsas prioritet sahələrdən biridir. Biz də görülən işlərlə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veririk. Çünki bizim üçün şəffaflıq əsas şərtdir.
Bu gün siz yeni turizm birendi ilə tanış olacaqsız. Bu, bizim yeni hədəflərimizdəndir.
Ölkədə turizm sahəsində olan çatışmazlıqları yaxşı bilirik. Bu səbəbdən çalışırıq ki turist sahəsində daha dolğun nəticələr əldə edə bilək.
Hədəflərimiz siyahısında turizm brendimizlə xaricdə ölkəmizi təmsil etmək də var.
Bir neçə ölkədə bürolarımız açılacaq".
@Qafqazinfo