"Unibank"ın səhmdarlarının növbəti yığıncağı keçiriləcək
Mayın 25-də “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, yığıncağın gündəliyinə "Unibank"ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi daxil edilib.
Yığıncaq, Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.


















