HI-TECH

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı 2 dəfə artıb

Bu ilin yanvar-mart aylarında dövlət qurumlarının 228 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.

Təkcə martda isə 59 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 97 % və yaxud təxminən 2 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)