Sosial iqtisadiyyat

Bakıda orta aylıq əməkhaqqı 9 %-ə yaxın artıb

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsi bildirib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü il ilə müqayisədə 8,6 % artıb.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3 % artaraq 1102,9 manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)