BİZNES

“PAŞA Maliyyə Holding”də yeni təyinat olub

“PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding”də yeni təyinat olub.

Məlumata görə, Ruslan Həsənov “PAŞA Maliyyə Holding”də Biznesin effektivliyinin idarə edilməsi üzrə direktor təyin edilib.

O, 2021-ci ildən “PAŞA Bank”ın Böyük Kredit Komitəsinin üzvüdür. “PASHA Holding” MMC-də 2025-ci ilin fevral ayından 2026-cı ilin mart ayına qədər Qrupun Korporativ Bankçılıq və Sığorta üzrə direktoru vəzifəsində çalışıb.

Ruslan Həsənov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə (İqtisadi Kibernetika) bakalavr, 2011–2013-cü illərdə isə Lozanna Universitetində Maliyyə Mühəndisliyi və Risklərin İdarə Edilməsi ixtisası üzrə magistr təhsili alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)