Goldman Sachs-dan Hürmüz boğazı ssenariləri: neft nə qədər bahalaşa bilər?
Küresel enerji marşrutu üçün kritik olan Hürmüz Boğazında mümkün tıxanma halı, neft bazarlarını birbaşa təhdid edir. İnvvestisiya bankı Goldman Sachs, boğazdan neft daşınmasının müxtəlif səviyyələrdə kəsilməsinə və ya yavaşlamasına görə fərqli qiymət dəyişiklikləri ssenarilərini analiz edib.
Aşağıda bu ssenarilər və müvafiq neft qiyməti artımı proqnozları verilmişdir:
Tam bağlanma (Heç bir müdaxilə olmadan)
➤ Boğaz 1 ay boyunca tamamilə bağlı qalarsa və strateji neft ehtiyatları (SPR) sərbəst buraxılmazsa, neft qiymətlərində 15 dollar artım gözlənilir.
Tam bağlanma + Boru Xətti Dəstəyi
➤ Boğaz bağlı olsa belə, mövcud 4 milyon barel gücündə ehtiyat boru xəttinin istifadəsi qiymət artımını 12 dollar səviyyəsində saxlaya bilər.
Tam bağlanma + Boru Xətti + Strateji Ehtiyatlar
➤ Həm boru xətti, həm də neft ehtiyatları günlük 2 milyon barel sürətlə bazara buraxılsa, qiymət artışı təxminən 10 dollarla məhdudlaşa bilər.
Yarımçıq bağlanma (%50)
➤ Boğazda neft axını yarıbayarı azalarsa, ehtiyat boru xətti effektiv istifadə edilərsə, neft qiyməti sadəcə 4 dollar civarında arta bilər.
Yüngül bağlanma (%25)
➤ Neft daşınmasında 25% nisbətində azalma olsa belə və ehtiyat boru xətti işlədilsə, bu halda qiymət artımı yalnız 1 dollar səviyyəsində qalacaq.
Goldman Sachs-ın bu ssenariləri göstərir ki, Hürmüz Boğazında tam bir blokada baş verərsə, neft qiymətləri daha çox arta bilər, lakin bypassa yolları və strateji ehtiyatların istifadəsi bu artışı əhəmiyyətli şəkildə yüngülləşdirə bilər.


















