Bank

Ölkədə vaxtı keçmiş kreditlər 17%-dən çox artıb

Fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib.

ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,34% çoxdur.

Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ötən ilin dekabr göstəricisinə nisbətən isə 6,30% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib. Bu nisbət 2025-ci ilin dekabrının sonuna 1,6%, noyabrda 1,8%, aprel-oktyabr aylarında 1,7%, yanvar-mart ayları üçün isə 1,6% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)